Azərbaycan əhalisinin gəlirləri artıb

Azərbaycan əhalisinin gəlirləri artıb

Hazırda oxunan: Azərbaycan əhalisinin gəlirləri artıb

0:00
0:00
60505

Bu ilin yanvar ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz artaraq 4 milyard 675,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 465,8 manat olub.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 4 milyard 194,2 milyon manatlıq vəsait qalıb.

2021-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilə nisbətən 3,4 faiz artaraq 732,1 manat təşkil etmişdir.

Əməkhaqqı neft-qaz sektorunda 3163,8 manat, qeyri neft-qaz sektorunda 683,6 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 652,7 manat, özəl müəssisələrdə isə 825,2 manat olub. (Trend)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO