2021-ci ildə Azərbaycanda 2 748 sahibkarın elektrik enerjisi şəbəkəsinə qoşulması təmin edilib.
Bizim.Media bu barədə Energetika Nazirliyi yanında Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) istinadən xəbər verir.
Məlumata görə, bunun üçün iş adamları Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 1 və 2 saylı “ASAN Kommunal” mərkəzlərində, Sumqayıt, Gəncə, Sabirabad, İmişli, Masallı, Quba, Bərdə, Mingəçevir, Qəbələ, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakən “ASAN xidmət” mərkəzlərində, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz və Yevlax KOB evlərindəki Texniki Şuralara müraciət edib.
MÖVZU İLƏ BAĞLI:
“Azərenerji”nin elektrik stansiyaları istehsalı artırıldı
Qoşulmalar ölkə prezidentinin 4 aprel 2017-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nın tələblərinə uyğun olaraq həyata keçirilib.
Bizim.Media