Bəzi yerlərdə indi çatdırılma şərtilə satılan neftin qiyməti 150 dollara çatıb.
Bizim.Media "Financial Times" qəzetinə istinadən xəbər verir ki, Yaxın Şərqdəki gərginlik fonunda bazar bölünüb: Brent fyuçersləri barel üçün 114 dollara yüksəlib, lakin "burada və indi" şərtilə faktiki çatdırılmalar xeyli yüksək qiymətlərlə satılır.
Məsələn, Hörmüz boğazını keçə bilən Oman xam nefti artıq barel üçün təxminən 154 dollara satılır.
Mütəxəssislər bu fərqi fyuçerslərin sabitləşdirici vəziyyət gözləntiləri ilə qiymətləndirilməsi, fiziki bazarın isə artıq xam neft çatışmazlığına və təchizat problemlərinə reaksiya verməsi ilə izah edirlər.
Qeyd edək ki, İran son bir sutka ərzində Körfəz ölkələrində 6 ən böyük neft-qaz yataqları və emal infrastrukturuna zərbə endirib.
Bizim.Media































































































