“Pulumuz qalmayıb”

“Pulumuz qalmayıb”

Hazırda oxunan: “Pulumuz qalmayıb”

601257

“Artıq bizim pulumuz qalmayıb”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Fransanın Mərkəzi Bankının prezidenti François Villeroy de Galhau RTL telekanalında qatıldığı proqramda qeyd edib.
 

O, Yaxın Şərqdə baş verən münaqişələr səbəbilə neft bazarlarında yaranan dalğalanmalara qarşı hökumətin planlaşdırdığı yanacaq dəstəyi proqramının dövlət borcunu daha da artıracağı barədə xəbərdarlıq edib. Galhau bildirib ki, belə addımlar artıq ciddi borc yükü olan ölkə iqtisadiyyatı üçün əlavə risklər yaradır.


Galhau vurğulayıb ki, mövcud dövlət maliyyəsi vəziyyəti yeni subsidiyalar verməyə imkan vermir. O, bu vəziyyəti “dövlətin artıq əlavə vəsaiti yoxdur” sözləri ilə ifadə edib.

“Bu, fransızları cəzalandıracaq”

François Villeroy de Galhau bildirib ki, büdcə kəsiri və dövlət borcu daha da artırılarsa, bu, uzunmüddətli faiz dərəcələrinin – xüsusilə 10 il və daha uzun müddətli istiqrazlar üzrə – yüksəlməsinə səbəb olacaq.

Onun sözlərinə görə, belə bir vəziyyət ölkə vətəndaşları üçün əlavə maliyyə yükü yaradacaq:

“Əgər biz büdcə kəsiri və borcları daha da artırsaq, uzunmüddətli faizlər yüksələcək və bu da fransızları cəzalandıracaq”.

Galhau hesab edir ki, enerji böhranına ən güclü cavab birdəfəlik dövlət yardımları deyil, enerji keçidi və alternativ enerji mənbələrinə investisiyaların artırılmasıdır.

Aİ-də ən yüksək borc yükü olan ölkələrdən biri

Qeyd edək ki, dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti təxminən 111,7 faiz olan Fransa Aİ-də ən yüksək borc yükünə malik ölkələrdən biri hesab olunur. Bu göstəriciyə görə Fransa İtaliya ilə birlikdə ilk sıralarda yer alır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO