Azərbaycanda Turizm Reyestrində olan turizm şirkətlərinin sayı məlum olub.
Bu barədə Bizim.Media-nın sorğusuna Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, cari dövr üçün 385 turoperator və turagent Turizm Reyestrində qeydiyyatdan keçib.
Xatırladaq ki, turoperator və turagentlər fəaliyyətə başladıqları tarixdən 15 gün müddətində mülki məsuliyyətin sığortası barədə məlumatları Reyestrə daxil etməlidirlər. Mehmanxanalar (hotellər) ulduz kateqoriyaları barədə məlumatları müəyyən edildiyi tarixdən 15 gün müddətində Turizm Reyestrinə daxil etməlidirlər. Turizm sənayesi subyektləri Turizm Reyestrində onlar barədə olan məlumatlar dəyişdiyi halda (real vaxt rejimində yenilənən məlumatlar istisna olmaqla) 15 gün müddətində bu məlumatların Turizm Reyestrində yenilənməsini təmin etməlidirlər.
Qeyd edək ki, istehlakçılar turizm şirkətini seçərkən reyestrə daxil olaraq reytinq cədvəlinə uyğun istədikləri şirkətləri seçə bilirlər.
Xatırladaq ki, Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" adlı ictimai dinləmədə neqativ halların və sui-istifadə faktlarının qarşısını almaq üçün turizm şirkətlərinin dövlət reyestrinə daxil edilməsinin könüllü deyil, məcburi xarakter daşımalı olması təklifi ilə çıxış etmişdi.
Naibə Məmmədova, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:40 / 13.03.2026
Azərbaycanda reystrə alınan turizm şirkətlərinin sayı açıqlandı – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda reystrə alınan turizm şirkətlərinin sayı açıqlandı – RƏSMİ
Hazırda oxunan: Azərbaycanda reystrə alınan turizm şirkətlərinin sayı açıqlandı – RƏSMİ
601183
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































