Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

Hazırda oxunan: Qızıl almaq istəyənlərə XƏBƏRDARLIQ

600730

Asiya ticarət sessiyasının əvvəlində qızılın qiyməti azalıb. Buna səbəb ABŞ, İsrail və İran arasında müharibənin sürətlə eskalasiya etməsi fonunda investorların vəsaitlərini daha çox neftə və ABŞ dollarına yönəltməsi olub.
 

Bununla belə, qızıl qiymətləri hələ də unsiya üçün 5 000 dollardan yuxarı təklif olunur. Müharibə fonunda “təhlükəsiz aktivlərə” tələbin artması qızıla marağın tam zəifləməsinin qarşısını alır və qiymətlərin nisbətən yüksək səviyyədə qalmasına kömək edir.


Nəzərə alaq ki, spot qızılın qiyməti 2% azalaraq unsiya üçün 5 064,71 dollar səviyyəsinə düşüb. Eyni zamanda qızıl fyuçersləri 1,6% enərək unsiya üçün 5 073,21 dollar səviyyəsində ticarət olunub.

Bəs qızılın qiymətinin enməsi gözlənilirmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, neftin bahalaşması qızıl bazarında müəyyən dalğalanma yarada bilər:

“Lakin neftin qiymətini artmasının qızılın ucuzlaşmasın elə bir ciddi təsiri yoxdur. Əksini neftlə, qızıl çox zaman paralel olaraq bahalaşır. Sadəcə qızılın doyumluluq məsələsi var.
 

Son zamanlar qızılın bir unsiyasının qiyməti 5 min 700 dollaradək bahalaşdı. Amma investorlar gəlirlərini fiksə etmək üçün əllərində olan qızılı satmağa başladılar. Bu da normal bir prosedurdur.


Neftin qiymətinin artması isə iqtisadi amillərlə bağlı deyil. Bu daha çox Yaxın Şərqdə baş verən münaqiçələrlə bağlıdır. Yəqin ki, məlum bölgədə sabitlik yarandıqca neftin qiyməti də düşəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO