Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olundu - FOTO

Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olundu - FOTO

Hazırda oxunan: Azərbaycan ilə Malayziya arasında iqtisadi əlaqələr müzakirə olundu - FOTO

598361

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov bu ölkənin investisiya, ticarət və sənaye naziri Johari Abdul Qani ilə görüşüb.

Bizim.Media xəbər verir ki, görüşdə Azərbaycan və Malayziya arasında mövcud iqtisadi əlaqələr və bu əlaqələrin genişləndirilməsi perspektivləri, o cümlədən ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.

Səfir Azərbaycanda aparılan iqtisadi islahatlar və qeyri-neft sektorunun inkişafı barədə məlumat verərək, Malayziya şirkətlərini Azərbaycana investisiya qoymağa dəvət edib.

Bu xüsusda, müvafiq dövlət qurumları və işgüzar dairələr arasında qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulanıb.
 

J.Abdul Malayziya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq münasibətlərinin inkişafına marağını ifadə edib, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində səylər göstərəcəyini bildirib.


Görüşdə Azərbaycanın cari ildə bir sıra mühüm beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcəyi diqqətə çatdırılıb.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO