"Bitcoin"in SON qiyməti

"Bitcoin"in SON qiyməti

Hazırda oxunan: "Bitcoin"in SON qiyməti

598190

Son 24 saat ərzində kriptovalyuta bazarında əsas aktivlərin qiyməti artıb.

Bizim.Media xəbər verir ki, “Bitcoin”in qiyməti son sutkada 3,40% artaraq 65 480 ABŞ dollarına yüksəlib. “Ethereum”un qiyməti 4,31% artaraq 1 908 ABŞ dolları, BNB-nin qiyməti isə 0,65% artaraq 595,67 ABŞ dolları olub.
 

Digər əsas kriptovalyutalarda da artım qeydə alınıb. Bitcoin Cash 2,97% artaraq 500,65 ABŞ dollarına, Monero 7,35% artaraq 330,10 ABŞ dollarına, Zcash isə 2,47% artaraq 239,41 ABŞ dollarına yüksəlib. CoinMarketCap-ın geniş bazarı əhatə edən CMC20 indeksi də sutka ərzində 3,59% artaraq 134,60 bəndə çatıb.


Bazar iştirakçıları artımı əsasən əvvəlki günlərdə baş verən kəskin enişdən sonra texniki bərpa, investorların aşağı qiymətlərdən alışları və ümumi risk iştahının qismən bərpası ilə əlaqələndirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO