İqtisadiyyat naziri “Goldman Sachs” rəsmisi ilə görüşüb - FOTO

İqtisadiyyat naziri “Goldman Sachs” rəsmisi ilə görüşüb - FOTO

Hazırda oxunan: İqtisadiyyat naziri “Goldman Sachs” rəsmisi ilə görüşüb - FOTO

598150

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Goldman Sachs” şirkətinin aktivlərin və sərvətin idarəedilməsi bölməsinin müştəri biznesi üzrə qlobal rəhbəri Met Qibsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bizim.Media-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
 

Görüşdə ölkəmizlə şirkət arasında səmərəli tərəfdaşlıq vurğulanıb. Azərbaycanın əlverişli biznes mühiti, makroiqtisadi sabitliyi və güclü valyuta ehtiyatları fonunda investorlar üçün etibarlı tərəfdaş olduğu diqqətə çatdırılıb.


Ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı, rəqəmsal inkişaf gündəliyi barədə məlumat verilib.

Qlobal çağırışlara uyğun müəyyən edilmiş iqtisadi prioritetlərin strateji investisiyalar üçün əlverişli imkanlar yaratdığı qeyd edilib.

Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO