2025-ci ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 93,7 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 197,1 min ton xam neft və neft məhsulları ixrac olunub.
Bizim.Media bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
2025-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 11,1 milyon dollar (10,6 faiz) azdır, həcm baxımından isə 12,6 min ton (6,8 faiz) çoxdur.
Ötən ilin yanvar ayında Azərbaycandan Rumıniyaya 104,8 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilmiş 184,5 min ton neft və neft məhsulları ixrac olunub.
Hesabat dövründə Rumıniya Azərbaycandan ən çox neft idxal etmiş ölkələrin siyahısında ikinci yeri tutub.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac olunub.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:05 / 17.02.2026
Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı ARTIB
Hazırda oxunan: Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı ARTIB
Hazırda oxunan: Ötən ay Azərbaycandan Rumıniyaya neft ixracı ARTIB
596766
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































