Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

Hazırda oxunan: Türkiyənin Azərbaycandan aldığı neftin həcmi 4,8 dəfə artıb

596714

Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 41 min 761,71 ton xam neft ixrac edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 19 milyon 543,44 min ABŞ dolları təşkil edib.

İxrac olunmuş məhsulun miqdarı 2025-ci il ilin yanvar ayı ilə müqayisədə 4,8 dəfə, dəyəri isə 4,6 dəfə azdır.

Türkiyəyə ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 1,58 % olub.

Qeyd edək ki, bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 1 milyard 238 milyon 082,05 min ABŞ dolları olan 2 milyon 642 min 930,94 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon ABŞ dolları ixracın, 1 milyard 302 milyon ABŞ dolları isə idxalın payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO