Dövlət Ehtiyatları Agentliyinin nizamnamə kapitalı 2,5 milyon manat olacaq - FƏRMAN

Dövlət Ehtiyatları Agentliyinin nizamnamə kapitalı 2,5 milyon manat olacaq - FƏRMAN

Hazırda oxunan: Dövlət Ehtiyatları Agentliyinin nizamnamə kapitalı 2,5 milyon manat olacaq - FƏRMAN

59551

Prezident İlham Əliyev Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, Agentliyin Nizamnaməsi və strukturu təsdiq edilib.

Nazirlər Kabineti Agentliyin nizamnamə fondunun formalaşdırılması üçün bu ilin dövlət büdcəsindən quruma 2 516 300 manat vəsaitin Agentliyə ayrılmasını təmin etməli, “Dövlət ehtiyatları haqqında” qanunun layihəsini hazırlayıb 4 ay müddətində dövlət başçısına təqdim etməli, 3 ay müddətində ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Prezidentlə razılaşdırmaqla təsdiq etməli, dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini dövlət başçısına təqdim etməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO