Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

Hazırda oxunan: Dollara tələbat KƏSKİN AZALDI – Manatın məzənnəsi ilə bağlı KRİTİK PROQNOZ

594675

2025-ci ildə dollara olan tələbat xeyli azalıb. Belə ki, aylıq orta göstəricilərə əsasən, təklif təxminən 70 milyon, tələb isə 54 milyon ABŞ dolları səviyyəsində olub.

Bundan əlavə, 2025-ci ilin yekunlarına görə, fiziki şəxslərin nağd valyuta əməliyyatlarında da təklif üstünlük təşkil edib. Nəticədə banklar tərəfindən təxminən 423 milyon ABŞ dolları həcmində xalis valyuta alışları həyata keçirilib.

Ümumilikdə, təxminən 400–450 milyon ABŞ dolları həcmində vəsait bazarda satılmayıb. Həmin məbləğ Neft Fondu tərəfindən dollar şəklində xəzinəyə transfer olunub.

Dollara marağın azalması 2026-cı ildə manata dəyər qazandıra bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, ötən il dollara tələbatın azalması ümumilikdə manat üçün müsbət siqnaldır:

“Əhali və biznes daha az dollar almağa, əksinə daha çox satmağa meylli olduqda, bu, valyuta bazarında təzyiqi azaldır və manatın məzənnəsinin sabit qalmasına kömək edir. Ancaq bu amil təkbaşına həlledici deyil. Manatın məzənnəsinə eyni zamanda neft qiymətləri, ölkəyə daxil olan valyuta axını, ixrac və idxal balansı, Mərkəzi Bankın valyuta siyasəti kimi faktorlar da təsir göstərir.

Yəni dollara tələbatın azalması manat üçün müsbət təsir yarada bilər, amma məzənnənin dəyişib-dəyişməməsi ümumi iqtisadi şəraitdən asılıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO