"Pullarınızdan muğayat olun, dolların hegemonluğu sona yetir"

"Pullarınızdan muğayat olun, dolların hegemonluğu sona yetir"

Hazırda oxunan: "Pullarınızdan muğayat olun, dolların hegemonluğu sona yetir"

593502

“Devalvasiya olacaq?” – həftədə bir neçə dəfə mənə verilən sual. Əslində, devalvasiya da, revalvasiya da bizdə az qala hər gün olur.

Bizim.Media xəbər verir ki, bunu bank eksperti Əkrəm Həsənov sosial şəbəkə hesabında bildirib. 

Onun sözlərinə görə, manat faktiki dollara bağlanıldığı üçün “sabit məzənnə” dedikdə sırf dollara olan məzənnə ehtiva olunur. 

Dollar özü dünyada ucuzlaşanda manat da digər valyutalara münasibətdə devalvasiyaya məruz qalır və əksinə. 

Ekspert bildirib ki, dolların hegemonluğu sona yetir. Trampı hakimiyyətə gəlişi ilə ən çox borcu olan ABŞ-ın iqtisadi çöküşünün qarşısının alınması hədəflənib. “Amma dünyada yeni modelə keçid qaçılmazdır. Odur ki, pullarınızdan muğayat olun”, - deyə o söyləyib.


Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO