Gübrələrin qiymətindəki artım çörəyin qiymətinə təsir edəcəkmi? - ARAŞDIRMA

Gübrələrin qiymətindəki artım çörəyin qiymətinə təsir edəcəkmi? - ARAŞDIRMA

Hazırda oxunan: Gübrələrin qiymətindəki artım çörəyin qiymətinə təsir edəcəkmi? - ARAŞDIRMA

59317

Azərbaycanda çörəyin qiyməti qalxıb və gələcəkdə tariflərin təkrar yüksəlməsi aktualdır. Belə ki, taxıl əkini ilə məşğul olan etibarlı mənbələrin dediyinə görə gübrənin bir kisəsini (50 kq) əvvəllər təxminən 30 manata almaq olurdusa, hazırda qiyməti 2 dəfə qalxıb:

“Son vaxtlar dünya bazarında mineral gübrənin bahalaşması təbii olaraq Azərbaycana idxal edilən gübrənin qiymətinə təsir göstərib”.

Bizim.Media xəbər verir ki, bunu isə 2022-ci il yanvarın 14-də Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) direktoru Firdovsi Fikrətzadə deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda un və çörəyin qiyməti ilə bağlı MÜHÜM QƏRAR 


Əkinçilərin fikrincə, bu qiymətlərlə gələcəkdə buğdanın və çörəyin də qiyməti bahalaşacaq. Mövzu ilə bağlı bizə danışan iqtisadçı ekspert Elçin Rəşidov bildirib ki, dünya bazarında gübrənin qiymətinin kəskin bahalaşması, onun harada istehsal olunmasından asılı olmayaraq, daxili bazara da təsir edəcək.

Bu isə gübrələrdən istifadə edən fermerin məhsulunun maya dəyərinin artması deməkdir:

“Azərbaycan buğda istehsalı dünya miqyasında çox kiçikdir və odur ki, buğdanın qiymətinə təsir edə bilmir. Buğdanın qiyməti, ö cümlədən Azərbaycan bazarında qiyməti, dünyada əsas buğda istehsalçısı dövlətlərin fermerlərinin əkinlərindən, xərclərindən və məhsuldarlıqlarından, qismən də daşımalarda gedən proseslərdən asılıdır.

Dəyişən iqlim məhsuldarlığa mənfi təsir edib. Artan gübrə qiyməti isə xərcləri artırır. Bu iki faktorun hər biri dünya bazarında və nəticədə Azərbaycan bazarında buğdanın və dolayısı ilə çörəyin qiymətinin qalxmasına səbəb olacaq.

Hökumətin gübrənin qiymətini subsidiyalşadırması barədə hazırki siyasəti ölkədə fermerin xərclərini dövlətin hesabına aşağı salar və onlar tərəfindən gübrə istifadəsini və əkinlərin həcmini artırar, nəticədə istehsal olunan buğdanın miqdarını artırar.
 

Amma qiymət məsələsində bu siyasət effektsizdir, çünki yuxarıda izah edildiyi kimi, buğda qiyməti bizim daxili bazarda formalaşmır”.


Mövzu ilə bağlı digər mütəxəssislərin də mövqeyini dərc etməyə hazırıq. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO