2026-ci il yanvar ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 31 milyard 946.7 milyon manat təşkil edib.
Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, 2025-cü ilin yanvar ayının 1-i ilə müqayisədə iqtisadiyyata kredit qoyuluşları 9.1% və ya 2 milyard 658.5 milyon manat artıb.
Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 867.3 milyon manat, özəl banklar tərəfindən 22 milyard 195.7 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 883.7 milyon manat təşkil edib.
Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 30 milyard 63 milyon manata bərabər olub ki, bunun da 16 milyard 106.3 milyon manatı biznes kreditləri, 9 milyard 354.2 milyon manatı istehlak kreditləri, 4 milyard 602.5 milyon manatı isə ipoteka kreditləri olub.
Bizim.Media



































































































