“Bayraktar” PUA-ları hansı ölkələrin arsenalında var? – ARAŞDIRMA   

“Bayraktar” PUA-ları hansı ölkələrin arsenalında var? – ARAŞDIRMA   

Hazırda oxunan: “Bayraktar” PUA-ları hansı ölkələrin arsenalında var? – ARAŞDIRMA   

59307

Türkiyə silah sənayesinin ən mütərəqqi nailiyyətlərindən olan “Bayraktar” pilotsuz uçuş aparatları bütün dünyada özündən söz etdirməyi bacarıb. Bu səbəbdən, özünü Qarabağ, Liviya, Suriya, Donbas kimi münaqişə ocaqlarında ən yüksək səviyyədə təsdiqləməyi bacaran PUA-ları istifadə edən və hərbi arsenalına daxil etməyə çalışan ölkələrin sayı isə getdikcə daha da artır.  

Bizim.Media-nın araşdırmasına görə, “Bayraktar” PUA-ları hazırda 12 ölkənin hərbi arsenalında özünə yer tapmağı bacarıb.  

Həmin ölkələrin sırasında Türkiyə, Azərbaycan, Türkmənistan, Qırğızıstan, Qətər, Ukrayna, Polşa, Efiopiya, Liviya, Tunis, Mərakeş və Niger yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə və Ukrayna saziş imzaladı - Yeni dönəm başladı


Bundan əlavə, “Bayraktar”ları əldə etmək istəyən ölkələrin sayı da az deyil. Onlardan bir qismi sözügedən PUA-ların alınması üçün artıq danışıqlara başlasa da, bəziləri bu barədə planlarının olduqlarını açıqlayıblar.  

Həmin siyahıda Böyük Britaniya, Nigeriya, Latviya, Macarıstan, Serbiya, Albaniya, Bolqarıstan, İraq, Oman, Qazaxıstan və Pakistan kimi ölkələr var.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO