2025-ci ilin yekunlarına əsasən, Azərbaycanda fəaliyyət göstərən bankların əmək haqqı üzrə xərclərinin illik artım dinamikası açıqlanıb.
2025-ci ilin IV rübündə “Kapital Bank” 304,8 milyon manatla müvafiq göstərici üzrə siyahıya başçılıq edib. İkinci yerdə 236,16 milyon manatla Azərbaycan Beynəlxalq Bankı, üçüncü yerdə isə 108,82 milyon manatla “PAŞA Bank” qərarlaşıb.
2024 və 2025-ci ilin IV rübündə bankların əməkhaqqı xərci aşağıdakı kimi olub:

Göründüyü kimi, ötən ilin son ayında bütün banklar üzrə əmək haqlarına ayrılan vəsait artırılıb.
Yalnız Yelo Bankdan başqa...
Bu bankın ötən ilin dekabrında əmək haqlarına ayırdığı vəsait əvvəlki illə müqayisədə 2 milyon manatdan çox azalıb. Belə ki, 2024-ci ildə Yelo Bank əmək haqqına 49 milyon 75 min manat ayırmışdısa, ötən il bu rəqəm 46 milyon 948 min manat olub.
Bank üçün 2025-ci il heç də uğurlu olmayıb. Bir çox sahələr üzrə bankın göstəricilərində azalma qeydə alınıb.
Belə ki, Yelo Bank 2025-ci ili 31 milyon 276 min manat xalis mənfəətlə başa vurub.
Bankın illik maliyyə hesabatına əsasən, bu, 2024-cü illə müqayisədə 12 milyon 22 min manat və ya 27,8% azalma deməkdir.
Faiz xərcləri 2025-ci ildə 67 milyon 550 min manat təşkil edib. Bu, ötən ilin 53 milyon 793 min manatlıq göstəricisi ilə müqayisədə 13 milyon 757 min manat və ya 25,6% artım deməkdir. Faiz yükündəki artım əsasən depozitlər üzrə faiz ödənişlərindən qaynaqlanır. Belə ki, depozitlər üzrə faizlər illik müqayisədə 14 milyon 331 min manat və ya 29,5% artaraq 62 milyon 831 min manata yüksəlib.
Eyni zamanda, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri 2024-cü ildə 1,73 min manat olduğu halda, 2025-ci ildə bu göstərici 3 milyon 488 min manata yüksəlib.
Qeyri-faiz gəlirlərində isə azalma müşahidə olunub.
2025-ci ildə bu gəlirlər 20 milyon 320 min manat olub ki, bu da 2024-cü illə müqayisədə 11 milyon 446 min manat və ya 36,0% azdır. Qeyri-faiz gəlirlərinin əsas mənbəyi - haqq və komissiya gəliri də 32,6% azalaraq 11 milyon 639 min manata enib. Bu göstərici ötən il 17 milyon 272 min manat təşkil etmişdi.
Surxay Atakişiyev, Bizim.Media

































































































