2025-ci il ərzində Azərbaycandan ixrac olunan at ətinin miqdarı açıqlanıb.
Bu barədə Bizim.Media-ya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, 2025-ci il ərzində Azərbaycandan ümumilikdə 120 ton at əti ixrac olunub. At əti Azərbaycandan Qazaxıstan Respublikasına ixrac edilib.
Qeyd edək ki, at əti əsasən Orta Asiya, bəzi Avropa və Asiya ölkələrində ənənəvi mətbəxin bir hissəsi kimi istehlak edilir. Ən çox istehlak edildiyi ölkələrə Qazaxıstan, Qırğızıstan, Monqolustan, Yaponiya, Çin, həmçinin İtaliya, Fransa və Meksika daxildir. Qazaxıstan və Qırğızıstanda bu ət növü xüsusilə məşhurdur.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:39 / 23.01.2026
Azərbaycan bu ölkəyə 120 ton at əti SATIB
Hazırda oxunan: Azərbaycan bu ölkəyə 120 ton at əti SATIB
Hazırda oxunan: Azərbaycan bu ölkəyə 120 ton at əti SATIB
592336
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































