Mikayıl Cabbarov Davosda "Coca-Cola"nın rəsmisi ilə görüşüb - FOTO

Mikayıl Cabbarov Davosda "Coca-Cola"nın rəsmisi ilə görüşüb - FOTO

Hazırda oxunan: Mikayıl Cabbarov Davosda "Coca-Cola"nın rəsmisi ilə görüşüb - FOTO

592195

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində "Coca-Cola" şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə nazir M.Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.

"Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivləri müzakirə etdik", - paylaşımda qeyd olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO