Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını DAYANDIRDI

Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını DAYANDIRDI

Hazırda oxunan: Avropa Parlamenti ABŞ ilə ticarət sazişinin ratifikasiyasını DAYANDIRDI

591996

Avropa Parlamenti (AP) Avropa İttifaqı ilə ABŞ arasında ticarət sazişinin ratifikasiya prosesini dondurub.

Bizim.Media verir ki, bu barədə AP bəyanat yayıb.
 

Sosial-demokratlar (S&D) qrupunun sədri İraçe Qarsiya Peresin France-Presse agentliyinə istinadla bildirdiyinə görə, siyasi qrupların əksəriyyəti ötən il Avropa İttifaqı ilə ABŞ arasında bağlanmış ticarət sazişinin ratifikasiyasının dayandırılmasını dəstəkləyib.


Qeyd edilib ki, buna səbəb Prezident Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri olub. Ağ Evin rəhbəri Qrenlandiyanın ABŞ-a birləşdirilməsinin zəruriliyi barədə dəfələrlə bəyanat verib.

O, hələ ilk prezidentlik müddətində adanı satın almağı təklif etmiş, ötən ilin martında isə onun ilhaq edilə biləcəyinə əminliyini ifadə etmişdi.

Xatırladaq ki, Qrenlandiya muxtar ərazi statusu ilə Danimarkanın tərkibinə daxildir. 1951-ci ildə Vaşinqton və Kopenhagen NATO çərçivəsindəki müttəfiqlik öhdəliklərinə əlavə olaraq Qrenlandiyanın müdafiəsi haqqında Müqavilə imzalayıblar.

Həmin sənədə əsasən, ABŞ adanı mümkün təcavüzdən müdafiə etmək öhdəliyini üzərinə götürüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO