Ötən il Azərbaycandan ən çox nefti bu ölkələr alıb – FOTO

Ötən il Azərbaycandan ən çox nefti bu ölkələr alıb – FOTO

Hazırda oxunan: Ötən il Azərbaycandan ən çox nefti bu ölkələr alıb – FOTO

591942

2025-ci ildə Azərbaycan 12,1 milyard ABŞ dollarından çox dəyərdə təxminən 23,4 milyon ton xam neft və neft məhsulları ixrac edib.

Bu haqda Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

Məlumata əsasən, 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 2,3 milyard dollar (16,2 faiz) azalıb, həcm baxımından isə 215 min ton (0,9 faiz) artıb.
 

Yanvar-noyabr ayları üzrə ən çox Azərbaycan neftini idxal edən ölkələrin ilk üçlüyündə birinci yerdə İtaliya (13,1 milyon ton, 6,7 milyard dollar) yer alır, ardınca Çexiya (1,4 milyon ton, 742,2 milyon dollar) və Xorvatiya (1,3 milyon ton, 666,6 milyon dollardan çox) gəlir.


Aşağıdakı cədvəldə 2025-ci ildə Azərbaycandan ən çox xam neft və neft məhsulları idxal edən ölkələrin ilk onluğu göstərilib.

Qeyd edək ki, Azərbaycandan neft qonşu ölkələrə və dünya bazarlarına üç boru kəməri vasitəsilə nəql olunur: Bakı–Novorossiysk, Bakı–Supsa və Bakı–Tbilisi–Ceyhan (BTC). Hazırda Bakı–Supsa boru kəməri ilə nəql prosesi dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO