2025-ci ilin yanvar-sentyabr aylarında respublika üzrə 24478 yaşayış evi və mənzil istifadəyə verilib.
Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsinin (DSK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Mənzil bazarında kəskin BAHALAŞMA – RƏSMİ STATİSTİKA
Bildirilib ki, bu mənzillərin 17685-i fərdi yaşayış və bağ evləridir.
Qeyd edilən dövr ərzində Bakı şəhərində istifadəyə verilən yaşayış evlərinin sayı isə 10274-dür. Bu mənzillərinsə 3932-si fərdi yaşayış və bağ evləridir.
Bu da o deməkdir ki, ötən ilin 9 ayı ərzində ölkədə istifadəyə verilən yaşayış evləri və mənzillərin təqribən 42 faizi, fərdi mənzil və bağ evlərinin isə 22 faizi paytaxtın payına düşür.
Günay Şahmar, Bizim.Media





























































































