Özbəkistanda Emin Ağalarovun 5 milyard dollarlıq layihəsi üzrə ictimai dinləmələr keçiriləcək

Özbəkistanda Emin Ağalarovun 5 milyard dollarlıq layihəsi üzrə ictimai dinləmələr keçiriləcək

Hazırda oxunan: Özbəkistanda Emin Ağalarovun 5 milyard dollarlıq layihəsi üzrə ictimai dinləmələr keçiriləcək

591522

Özbəkistanda Sea Breeze Uzbekistan turizm mərkəzinin inşası ilə bağlı ictimai dinləmələr 23 yanvar tarixində Bostanlıq rayon icra hakimiyyətində saat 10:00-da keçiriləcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Ekspertiza Mərkəzi məlumat yayıb.
 

Tədbir zamanı planlaşdırma, memarlıq həlləri, tullantıların idarə olunması, həmçinin ağacların və su resurslarının qorunması məsələləri müzakirə olunacaq. Təklif və şərhlər həm şifahi, həm də yazılı şəkildə verilə bilər.


Sea Breeze Uzbekistan layihəsi istirahət zonaları, hovuzlar, idman meydançaları, mağazalar, servis mərkəzləri, həmçinin mədəni və biznes tədbirləri üçün meydançaların yaradılmasını nəzərdə tutur və Çarvak su anbarının sahilində yerləşəcək.

Layihə ekoloji təsirlərlə bağlı ictimai narahatlıqlar yaratsa da, hakimiyyət bütün işlərin ekoloji normalara uyğun aparılacağını bildirib.

İnşaat tamamlandıqdan sonra ildə 5 milyon əcnəbi turistin gəlməsi və turizm gəlirlərinin 500 milyon dollara çatması gözlənilir. Hakimiyyət ekoloji və ictimai maraqların pozulmasına yol verilməyəcəyini vurğulayıb.
 

Xatırladaq ki, 11 iyun tarixində Özbəkistanın İnvestisiya, Sənaye və Ticarət naziri Ləziz Qüdrətov Bostanlıq rayonunda dörd mövsümlük Sea Breeze Uzbekistan kurortunun inşası üzrə Agalarov Development şirkəti ilə müqavilə imzalayıb. Layihənin ümumi dəyəri 5 milyard dollar təşkil edir və 577 hektar sahəni əhatə edir.


"Agalarov Development" şirkətinin sahibi Emin Agalarov bu ilin aprel ayında Prezident Şavkat Mirziyoyevə Çarvak su anbarı sahilində beynəlxalq turizm mərkəzinin master-planını təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO