Azərbaycan Respublikasında istehsal olunan alkoqullu və energetik içkilər üzrə aksiz dərəcələri artırılıb.
Bizim.Media xəbər verir ki, bu məsələ Vergi Məcəlləsinə edilən dəyişiklik bu gündən qüvvəyə minib.
Yanvarın 1-dən etibadən energetik içkilərin hər litrinə 0,2 manat artırılaraq 3,3 manat aksiz dərəcəsi tətbiq ediləcək.
Həmçinin, içməli spirt (o cümlədən denaturlaşdırılmamış etil spirti), araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materiallarının hər litri üçün 0,2 manat artırılaraq 5,0 manat, burada nəzərdə tutulmayan tündləşdirilməmiş alkoqollu içkilərin (tərkibindəki spirtin miqdarı 9 faizdən çox olmayan) hər litri üçün 0,1 manat artırılaraq 0,5 manat aksiz dərəcəsi hesablanacaq.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
09:00 / 01.01.2026
Alkoqollu içkilər üçün aksiz dərəcələri ARTIRILDI
Hazırda oxunan: Alkoqollu içkilər üçün aksiz dərəcələri ARTIRILDI
Hazırda oxunan: Alkoqollu içkilər üçün aksiz dərəcələri ARTIRILDI
588407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































