Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub – FOTO

Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub – FOTO

Hazırda oxunan: Avropa ölkələri 8,9 milyard kubmetr Azərbaycan qazı ilə təchiz olunub – FOTO

58675

Fevralın 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi çərçivəsində nazirlərin VIII toplantısı “Cənub Qaz Dəhlizi: nailiyyətlər və perspektivlər – Cənub Qaz Dəhlizinin yeni enerji bazarları, o cümlədən Qərbi Balkan ölkələri istiqamətində genişləndirilməsi” və “Enerji keçidi - Karbohidrogen mənşəli yanacaqlardan və metan tullantılarının azaldılması tədbirlərindən karbon neytrallığına doğru: yollar, çağırışlar, qrafiklər” mövzularında plenar sessiyalarla davam edib.

Energetika Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Avropaya yeni mənbədən nəhəng bir dəhlizlə təbii qazın tədarükü ilə bağlı missiyasının öhdəsindən uğurla gəldiyini deyən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, Cənub Qaz Dəhlizi sabit enerji təchizatının unikal elementidir:

“Enerji böhranının tüğyan etdiyi bir vaxtda avropalı istehlakçıların enerji təminatındakı rolu ilə Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət etdiyini bir daha təsdiqlədi. 2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə Cənub Qaz Dəhlizi vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçılarına 18,5 milyard kubmetrdən çox təbii qaz ixrac edilib.
 

Bu müddətdə təkcə Avropa ölkələri uzunmüddətli müqavilələr, habelə qısamüddətli spot əməliyyatları üzrə, təxminən, 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub”.


Energetika naziri bildirib ki, dəhliz enerji təhlükəsizliyinin təminatındakı strateji əhəmiyyətini Avropa ölkələri arasındakı interkonnektorlarla Qərbi Balkanlara və qitənin digər hissələrinədək genişləndirə bilər: 

“Bu məqsədlə istehlakçılarla müqavilələrin imzalanması, investisiyaların yatırılması və qaz hasilatının artırılması, həmçinin interkonnektorların qurulması kimi prosesləri əhatə edən yeni bir fəaliyyət mərhələsinə başlamaq aktuallaşır. Biz Avropa Komissiyası və əlavə həcmlərdə qaz almaq istəyən və ya qaz idxal və ixrac etmək arzusunda olan ölkələrlə əməkdaşlıq etməyə və Cənub Qaz Dəhlizinin inkişafına töhfə verməyə hazırıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO