Mikayıl Cabbarovdan İtaliya şirkətlərinə DƏVƏT -

Mikayıl Cabbarovdan İtaliya şirkətlərinə DƏVƏT - "Azərbaycanla fəal əməkdaşlıq edin"

Hazırda oxunan: Mikayıl Cabbarovdan İtaliya şirkətlərinə DƏVƏT - "Azərbaycanla fəal əməkdaşlıq edin"

58520

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak üçün ölkəmizdə səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nazir ölkələrimiz arasında əməkdaşlığın uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini qeyd edib.

Vurğulanıb ki, 2020-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verib.
 

MÖVZU İLƏ BAĞLI:

Mikayıl Cabbarov italiyalı nazirlə bir sıra məsələləri müzakirə etdi - FOTO


İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollara yaxın olub. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin 31 dekabrında tam istismara verilmiş Cənub Qaz Dəhlizi Azərbaycanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti vurğulanıb, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Vannia Qava enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələrin önəmini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, kənd təsərrüfatında İtaliya texnologiyalarından istifadə, alternativ enerji, azad olunmuş torpaqlarımızda su elektrik stansiyasının tikintisi və s. istiqamətlər üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO