Dekabrın 10-da İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının birgə iclası keçirilib.
Nazirlər Kabinetindən Bizim.Media-ya bildirilib ki, Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın və Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının (MŞ) sədri Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində SOCAR-ın dayanıqlı fəaliyyəti barədə təqdimat, o cümlədən, SOCAR tərəfindən həyata keçirilən layihələr və onların inkişaf perspektivləri, layihələrin icrası üçün maliyyələşmə mənbələri, borc portfeli və digər cari məsələlər ətraflı müzakirə olunub.
Gündəlikdə olan məsələlər üzrə SOCAR-ın prezidenti Rövşən Nəcəf təqdimatla çıxış edib. İclasda eləcə də iqtisadiyyat naziri Mikayıl Cabbarov, Dövlət Neft Fondunun icraçı direktoru İsrafil Məmmədov və AİH-in baş icraçı direktoru Ruslan Əlixanov çıxış ediblər.
Təqdim olunan məsələlərə dair İqtisadi Şuranın və AİH-in Müşahidə Şurasının üzvləri tərəfindən müzakirələr aparılıb.
İclasın yekununda Şura üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla SOCAR və ARDNF-ə müvafiq tapşırıqlar verilib.






Bizim.Media

























































































