Azərbaycanda 11 ayın iqtisadi artımı AÇIQLANDI

Azərbaycanda 11 ayın iqtisadi artımı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda 11 ayın iqtisadi artımı AÇIQLANDI

584841

Cari ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 3,2 faiz artıb.
 

ÜDM istehsalının 34 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil edib.


Əhalinin hər nəfərinə düşən ÜDM 11356,4 manata bərabər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO