Restoranların müştəridən “servis haqqı” tələb etməsi QANUNSUZDUR?

Restoranların müştəridən “servis haqqı” tələb etməsi QANUNSUZDUR?

Hazırda oxunan: Restoranların müştəridən “servis haqqı” tələb etməsi QANUNSUZDUR?

584471

Ölkəmizdə turizm sektorunda geriləmə müşahidə olunur. Belə ki, Azərbaycana bu ilin yay mövsümündə gələn turistlərin sayı 5 faizdən çox azalıb. İyun-avqust aylarında ölkəyə 740 min 722 turist səfər edib. Mövsüm ərzində ən çox turist 196 min 789 nəfər olmaqla, Rusiyadan gəlib. Bu göstərici ötən ilin yay mövsümü ilə müqayisədə 12 faiz azalma deməkdir.

Mütəxəssislərin fikrincə, ölkəmizə gələn turistlərin sayının azalmasının bir sıra səbəbləri var. Həmin səbəblər içində qiymətin baha və xidmətin aşağı olması ön sırada gəlir. Bəzən aşağı keyfiyyət və yüksək qiymət fonunda bəzi restoranlar müştərilərdən “servis haqqı” tələb olunur.

Bu da narazılıqların yaranması ilə nəticələnir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, “servis haqqı” təcrübəsi dünyada geniş yayılıb:

“Buna “çayovoy” da deyirlər. Restoranlar göstərdikləri xidmətə görə, əlavə ödəniş istəyirlər. Əslində burada təəccüblü bir şey yoxdur. Bu müştəri məmnunluğunun ifadəsidir.

Məsələn, ABŞ-da ofisianta “servis haqqı” verməyənə pis baxırlar. Düşünürlər ki, “yəqin xidmət xoşa gəlmədi deyə “servis haqqı” vermədilər”. Son illər bizim kafe və restoranlarda da “servis haqqı” rəsmiləşdirilib. Hər restoran özü üçün “servis haqqı” müəyyən edib. Bu da normaldır.

Normal olmayan odur ki, bəzi obyektlərdə “servis haqqı” kifayət qədər yüksəkdir. Digər tərəfdən, bəzi restoranarda ofisiantlar “servis haqqı”ndan əlavə də pul tələb edirlər. Bu da haqlı narazılıq yaradır”.

Müsahibimiz mövzu ilə bağlı son günlərdə başına gələn bir olayı da danışıb:

“Bir kafedə nahar elədik. Hesabı gətirəndə baxdım ki, 50 manatlıq yeməyə 10 faiz “servis haqqı” əlavə edilib. Zarafatla dedim ki, “nə yaxşı “servis haqqı” aşağıdır?” Ofisiant qayıtdı ki, ““servis haqqı”nın bizə dəxli yoxdur. Əlavə nə versəniz, bizə qalan odur”. Bax, belə məqamlar müştəridə narazılıq və narahatlıq yaradır.
 

Əvvəla, xidmət yüksək səviyyədə olmalıdır ki, müştəri də razılıq əlaməti olaraq “servis haqqı”ödəsin. Yoxsa aşağı keyfiyyətli servisə nə servis haqqı?! Ona görə də restoranlardan narazılıqların bir neçə səbəbi var. Birinci səbəb odur ki, restoran müştəriyə layiqli xidmət göstərməyəndə tələb olunan qiymət və “servis haqqı” narazılıq yaradır.


İkinci səbəb ondan ibarətdir ki, menyuda “servis haqqı” barədə qeyd olmur və sonradan bu deyiləndə müştəri narazı qalır. Ən nəhayət, “servis haqqı”ndan əlavə ofisiantın pul istəməsi müştəridə qıcıq yaradır. Təbii ki, bu kimi səbəblər həm yerli, həm də xarici turistlər tərəfindən narazılıqla qarşılanır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO