Energetika naziri Pərviz Şahbazov Çinin “Universal Energy” şirkətinin prezidenti Nan Yi ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, görüşdə şirkətlə ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə ilk hərrac layihəsinin - 100 MVt gücündə “Qobustan” Günəş Elektrik Stansiyasının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Stansiyanın inşası çərçivəsində bu gün ilk panelin quraşdırılması və tikinti işlərinin gedişatı yüksək qiymətləndirilib.
Söhbət zamanı “Universal Energy” şirkəti ilə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. Müasir Günəş enerjisi texnologiyası, həmçinin şirkətin uzunmüddətli və təhlükəsiz enerji saxlama texnologiyası kimi vanadiuməsaslı batareyalar üzrə təcrübəsi, bu texnologiyanın yaşıl enerji ixracı layihələrində tətbiqi perspektivləri nəzərdən keçirilib.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
04:51 / 04.12.2025
Bu gün “Qobustan” GES-in ilk paneli QURAŞDIRILDI
Hazırda oxunan: Bu gün “Qobustan” GES-in ilk paneli QURAŞDIRILDI
Hazırda oxunan: Bu gün “Qobustan” GES-in ilk paneli QURAŞDIRILDI
583744
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































