Cari ilin yanvar-oktyabr aylarında ümumi dəyəri 2 milyard 987 milyon 815 min dollar olan qeyri-neft məhsulları ixrac edilib.
Bizim.Media xəbər verir ki, ixracın ən böyük hissəsi Rusiyanın payına düşür və bu ölkəyə göndərilən qeyri-neft məhsullarının dəyəri 968 milyon 946 min dollar olmaqla ümumi ixracın 32.43 faizini təşkil edir.
Türkiyə qeyri-neft ixracında ikinci yeri tutur və bu ölkəyə ixracın dəyəri 486 milyon 310.21 min dollar, İsveçrəyə qeyri-neft ixracı 288 milyon 329.04 min dollar olub. Gürcüstana ixracın həcmi 273 milyon 567.67 min dollar, Ukraynaya isə 171 milyon 413.04 min dollar təşkil edib.
Birləşmiş Ərəb Əmirliklərinə qeyri-neft ixracı 91 milyon 690.47 min dollar, Qazaxıstana 80 milyon 576.18 min dollar, Belarusa 63 milyon 915.69 min dollar, Özbəkistana 60 milyon 173.02 min dollar, Türkmənistana isə 53 milyon 768.15 dollar olub.
Digər ölkələrə ixracın ümumi dəyəri 449 milyon 125.44 min dollar təşkil edib.
Bizim.Media






























































































