TƏCİLİ: Azərbaycanda dizel bahalaşacaq, benzin isə...

TƏCİLİ: Azərbaycanda dizel bahalaşacaq, benzin isə...

Hazırda oxunan: TƏCİLİ: Azərbaycanda dizel bahalaşacaq, benzin isə...

583579

Dünya bazarında neftin qiyməti bahalaşıb. 

Bəs, neftin qiyməti artdıqda, dizel və benzinin qiyməti adətən necə dəyişir?

Bizim.Media xəbər verir ki, bu barədə KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, neftin günlük və ya həftəlik dəyişməsi heç bir ciddi mənada qiymət formalaşmasına təsir etmir.

Ekspertin sözlərinə görə, neft qiymətləri əsasən aylıq, rüblük, yarımillik və illik dinamika əsasında qiymətləndirilir.

Məhz həmin uzunmüddətli tendensiyalar bazar iqtisadiyyatı ilə idarə olunan ölkələrdə yanacaq qiymətlərinə təsir göstərir.

“Azərbaycan kontekstində vəziyyət fərqlidir. Yanacaq qiymətləri dövlət tərəfindən tənzimlənir və Tarif Şurasının səlahiyyətindədir. İstənilən an qiymət artımı mümkündür. Məsələn, ölkədə AI-92 benzininin qiyməti 1 manat 10 qəpik, dizel isə 1 manatdır. Bu qiymətlər müəyyən olunanda neftin qiyməti 82 dollar idi. Hazırda neft 62–63 dollar olsa da, yanacaqda heç bir dəyişiklik baş vermədi”, – deyə Natiq Cəfərli vurğulayıb.

Ekspert əlavə edib ki, Azərbaycanda neftin dünya bazarındakı qiymət dəyişikliyi yanacaq tariflərinə birbaşa təsir göstərmir və mövcud sistemdə qiymət siyasəti hökumətin qərarlarından asılı olaraq formalaşır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO