Azərbaycanda benzin bahalaşır? – Tarix verildi

Azərbaycanda benzin bahalaşır? – Tarix verildi

Hazırda oxunan: Azərbaycanda benzin bahalaşır? – Tarix verildi

583399

Azərbaycanda 2026-cı ildə benzinin bahalaşacağı ilə bağlı xəbərlər yayılıb. Mütəxəssislər buna səbəb kimi həm qlobal enerji bazarındakı dəyişiklikləri, həm də yerli istehsal xərclərini əsas göstərirlər.

Yeni ildən benzin qiymətləri bahalaşacaq?

Bizim.Media xəbər verir ki, Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, yanacağın qiymətini əsasən Tarif Şurası (TŞ) tənzimləyir:

“Ölkədə qiymətlər azad rəqabət şəraitində tələb və təklif əsasında formalaşmır. Qiymət dəyişikliyi yalnız TŞ-nın və ya SOCAR-ın müvafiq qərarı ilə mümkün olur. Hazırda bununla bağlı konkret proqnoz vermək mümkün deyil. Dünyada neft qiymətlərinin azalması, emal xərclərinin artması və texnologiyaların yenilənməsi benzinin qiymətinə müəyyən təsir göstərə bilər. Lakin dəqiq qiymət artımı ilə bağlı fikir bildirmək doğru deyil”.

İqtisadçı qeyd edib ki, qiymətlər ölkədə inzibati qaydada müəyyənləşdirilir:

“Hazırda belə qərar üçün hər hansı əsas müşahidə edilmir. Bundan başqa, yanacaq bazarında istənilən dəyişiklik sosial və iqtisadi təsirlər nəzərə alınaraq həyata keçirilir. Qiymət artımı olacağı təqdirdə, bunun mərhələli və nəzarətli şəkildə tətbiqi gözlənilir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO