Azərbaycanda maliyyələşmə imkanlarının genişləndirilməsi MÜZAKİRƏ OLUNDU

Azərbaycanda maliyyələşmə imkanlarının genişləndirilməsi MÜZAKİRƏ OLUNDU

Hazırda oxunan: Azərbaycanda maliyyələşmə imkanlarının genişləndirilməsi MÜZAKİRƏ OLUNDU

583339

Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fuad İsayev Azərbaycan Mikromaliyyə Assosiasiyanın rəhbərliyi, ona üzv olan və digər bank olmayan kredit təşkilatlarının rəhbər heyəti ilə görüşüb.

AMB-dən Bizim.Media-ya bildirilib ki, görüş iştirakçılarına cari ilin doqquz ayı üzrə bank olmayan kredit təşkilatlarının fəaliyyətinin maliyyə nəticələri, requlyativ çərçivənin təkmilləşdirilməsi, eləcə də sektorun sağlamlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilib.
 

Əlavə olaraq maliyyələşmə imkanlarının genişləndirilməsi, dövlət fondları ilə əməkdaşlıq, təşkilatların regionlarda, eləcə də işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət perspektivləri, qanunvericiliyin tələbləri və digər məsələlər ətraflı müzakirə edilib.


Görüşdə, həmçinin Mərkəzi Bank tərəfindən bank olmayan kredit təşkilatlarının institusional gücləndirilməsi, eləcə də fəaliyyət istiqamətlərinin genişləndirilməsi və dayanaqlılığının təmin olunması çərçivəsində növbəti dövrdə görüləcək işlərə dair məlumat təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO