Benzin və dizellə bağlı rəsmi məlumat

Benzin və dizellə bağlı rəsmi məlumat

Hazırda oxunan: Benzin və dizellə bağlı rəsmi məlumat

583249

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsulları üzrə ümumi istehsalın dəyəri 4 milyard 562.7 milyon manat təşkil edib və bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0.9 faiz artım deməkdir.

Bizim.Media xəbər verir ki, rəsmi statistikaya əsasən, hesabat dövrü ərzində mazut istehsalı 2.1 dəfə, neft koksunun istehsalı 10.1 faiz, qazoylların (dizel yanacağının) istehsalı 7.2 faiz, ağ neft istehsalı isə 4.9 faiz yüksəlib.

Bununla yanaşı, neft bitumu istehsalı 9.8 faiz, sürtkü yağlarının istehsalı isə 45.6 faiz azalıb.
 

Yanvar-oktyabr aylarında 1 milyon 225.2 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artım deməkdir. Ağ neft istehsalı 582 min ton olub və artım 4.9 faiz səviyyəsində qeydə alınıb. Qazoyl istehsalı 2 milyon 109.3 min ton təşkil edib. Mazut istehsalı 57.6 min ton olub. Sürtkü yağlarının istehsalı isə 30.6 min ton olub ki, bu, əvvəlki ilin göstəricisinin cəmi 54.4 faizini təşkil edib.


Maye qazların istehsalı 190 min ton olub və əvvəlki dövrə nisbətən 14.3 faiz artıb. Neft koksu, neft bitumu və digər qalıq məhsulların ümumi istehsalı 634.7 min ton təşkil edib və bu göstərici ötən ilin cəmi 66.9 faizi qədərdir. Bu kateqoriyada ayrıca neft bitumunun istehsalı 213.7 min ton, neft koksunun istehsalı isə 191.3 min ton olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO