Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-da başa çatacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Report.az"a Agentliyin mətbuat katibi Diana Dadaşova məlumat verib.
Onun sözlərinə görə, Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:
Studio tipli mənzillər – 48 120 manat
2 otaqlı mənzillər – 69 240 manat
3 otaqlı mənzillər – 87 480 manat
4 otaqlı mənzillər – 118 800 manatdan başlayır
Satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq. Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.





Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
11:18 / 01.12.2025
Binəqədidə ucuz mənzillər satışa çıxarılır – BU TARİXDƏ - FOTO
Hazırda oxunan: Binəqədidə ucuz mənzillər satışa çıxarılır – BU TARİXDƏ - FOTO
Hazırda oxunan: Binəqədidə ucuz mənzillər satışa çıxarılır – BU TARİXDƏ - FOTO
583242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































