Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Satışlar başlayır – QİYMƏTLƏR

Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Satışlar başlayır – QİYMƏTLƏR

Hazırda oxunan: Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ – Satışlar başlayır – QİYMƏTLƏR

582855

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yevlax Yaşayış Kompleksi üzrə 179 mənzilin satışı 3 dekabr saat 11:00-da başlayacaq və 8 dekabr 11:00-da başa çatacaq.

Bizim.Media xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Diana Dadaşova “report.az”a açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, satış prosesi "Güzəştli mənzillərin satışına dair qaydalar"a uyğun şəkildə aparılacaq:

"Qaydaların 5.6-cı bəndinə əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür".

D. Dadaşovanın sözlərinə görə, Yevlax Yaşayış Kompleksində mənzillərin qiymətləri aşağıdakı kimi olacaq:

1 otaqlı mənzil – 40 200 manat,

2 otaqlı mənzil – 45 225 manat,

3 otaqlı mənzil – 70 490 manat,

4 otaqlı mənzil – 103 740 manat.

MİDA rəsmisi əlavə edib ki, satış prosesi tam elektron qaydada və şəffaf mexanizm əsasında aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO