SOCAR Yaponiyanın bu şirkəti ilə birgə seysmik kəşfiyyat işləri aparacaq

SOCAR Yaponiyanın bu şirkəti ilə birgə seysmik kəşfiyyat işləri aparacaq

Hazırda oxunan: SOCAR Yaponiyanın bu şirkəti ilə birgə seysmik kəşfiyyat işləri aparacaq

58059

SOCAR Yaponiyanın “JOGMEC” şirkəti ilə Şamaxı-Qobustan neftli-qazlı rayonunun “Ütəlgi” bloku üzrə 2D seysmik kəşfiyyat işlərinin aparılmasına dair müqavilə imzalayıb.

SOCAR-dan Bizim.Media-ya bildirilib ki, müqaviləyə əsasən “Ütəlgi” blokunda 628 xətti kilometr həcmində 2D seysmik kəşfiyyat işləri aparılacaq. Sənəd çərçivəsində əvvəlcə mütəxəssislər tərəfindən ətraf mühitin qiymətləndirilməsi sənədi hazırlanacaq. Kəşfiyyat işlərinə cari ilin aprel ayında başlanılması, avqust-sentyabr aylarında isə yekunlaşdırılması nəzərdə tutulur. Sahədə mikro-seysmik karotaj işləri və şlam nümunələrinin götürülməsi məqsədilə 5 ədəd 100 metrlik və 91 ədəd 30 metrlik quyular qazılacaq.

Aparılacaq işlər “Ütəlgi” blokunda seysmik məlumatların az olduğu ərazilərdə yeni və daha yüksək keyfiyyətli məlumatların qeydə alınması məqsədi daşıyır.

Hazırkı müqavilə SOCAR və Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin Neft, Qaz və Metallurgiya Korporasiyası (JOGMEC) arasında daha əvvəl – 28 oktyabr 2019-ci ildə bağlanmış “Azərbaycan Respublikasında “Ütəlgi” Kəşfiyyat Bloku üzrə Tədqiqat Əməliyyatlarına dair Birgə Tədqiqat Sazişi”nə uyğun olaraq imzalanıb və tərəflər arasında geniş əməkdaşlıq layihəsinin tərkib hissəsidir. Birgə tədqiqat Sazişi SOCAR-ın prezidenti Rövnəq Abdullayev və “JOGMEC” prezidenti Tetsuhiro Hosono tərəfindən imzalanıb.

Qeyd edək ki, Yaponiya Neft, Qaz və Metallurgiya Korporasiyası (“JOGMEC”) 2004-cü ilin fevralında Yaponiya Milli Neft Korporasiyası (JNOC) və Yaponiya Metallurgiya-Mədən Agentliyinin (MMAJ) birləşməsi nəticəsində yaranaraq, həmin qurumların müvafiq vəzifələrini öz üzərinə götürüb. Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinin (Ministry of Economy, Trade and Industry - METI) tərkibinə daxil olan “JOGMEC” Yaponiya Milli Neft Korporasiyasının davamçısı kimi, hökumət adından ITOCHU, INPEX və sair şirkətlərin xaricdə neft-qaz sahəsində fəaliyyətlərinə texniki və maliyyə dəstəyi verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO