Hesablama Palatası: “2026-cı ilin büdcəsində təkmilləşmələr zəruridir”

Hesablama Palatası: “2026-cı ilin büdcəsində təkmilləşmələr zəruridir”

Hazırda oxunan: Hesablama Palatası: “2026-cı ilin büdcəsində təkmilləşmələr zəruridir”

580185

“Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi “Büdcə sistemi haqqında” qanunun müəyyən etdiyi tələblərə uyğun tərtib edilib.

Hesablama Palatası tərəfindən “Büdcə sistemi haqqında” qanunun 16.1-ci maddəsinə əsasən qanun layihəsinə daxil edilmiş göstəricilərin maddələr üzrə təhlili aparılıb. Qanun layihəsinin bəzi maddələri üzrə təkmilləşmələrin aparılmalı olduğu qənaətinə gəlinib".

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisdə bir neçə komitənin birgə iclasında "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov deyib.
 

Sədr müavini bildirib ki, “Büdcə sistemi haqqında” qanunun növbəti ilin büdcəsi haqqında qanun layihəsi ilə bağlı tələblərinə dəyişiklik edilən zaman Hesablama Palatasının tövsiyələri nəzərə alınıb:


"2026-cı ilin baza ssenaridə olan proqnozlarında ölkə iqtisadiyyatında əlverişli makroiqtisadi mühitin müşahidə ediləcəyi, o cümlədən ölkə iqtisadiyyatının real artım, məqbul inflyasiya, cari əməliyyatlar balansında profisit və sabit məzənnə ilə xarakterizə olunacağı gözlənilir.

2026-cı il üçün hazırlanmış “Büdcə zərfi”ndə müxtəlif amillərin təsiri nəticəsində büdcə parametrlərinin proqnoz göstəricilərindən kənarlaşa biləcəyi vurğulanmış və bu risklərin idarə olunması məqsədilə müvafiq mitiqasiya tədbirlərinə dair izahlar verilib.
 

Sənəddə xarici iqtisadi mühit və ticarət tarifləri, xam neftin qiymətlərində dalğalanmalar və hasilat, dövlət borcu və dövlət zəmanəti üzrə maliyyə öhdəlikləri, büdcə xərclərinin dayanıqlı gəlir mənbələri ilə təmin olunması, dayanıqlı pensiya təminatı sisteminin formalaşması ilə bağlı çağırışlar, həmçinin iqlim dəyişiklikləri fiskal risklər kimi göstərilib. Əksər risklər üzrə yumşaldıcı və mitiqasiya tədbirləri müəyyənləşdirilib, bəzi hallarda risklərin maliyyə tutumu da qiymətləndirilib.


Hesablama Palatası olaraq, bu risklərlə yanaşı, icmal büdcə, o cümlədən dövlət büdcəsi üçün digər risklərin də aktual olduğunu düşünürük. Müvafiq risklər rəydə şərh edilib.

Növbəti il üçün dövlət büdcəsi gəlirlərinin cari illə müqayisədə artacağı proqnozlaşdırılmış, qanun layihəsinə əsasən, gəlir mənbələrindən 12-si üzrə artım, 7-si üzrə azalma nəzərdə tutulmuş, 1 mənbənin həcmi dəyişməz saxlanmış və 1 mənbə üzrə proqnoz nəzərdə tutulmayıb".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO