“Son həftələrdə müşahidə edirik ki, mediada özlərini müstəqil ekspert adlandıran şəxslər bəzən çaşdırıcı məlumatlar təqdim edir. Biz də bu istiqamətdə məlumatlandırma işlərinə davam edəcəyik. 
Belə ki, son illərdə həyata keçirilən vergi islahatları çərçivəsində əmək münasibətlərinin şəffaflaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının leqallaşmasında əhəmiyyətli nəticələrin əldə edilməsinə təkan verib”.
Bizim.Media xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, özəl sektorda işləyənlərin əmək haqlarından verginin tutulması ilə bağlı verilmiş güzəştin vaxtı 1 yanvar 2026-cı ildən etibarən bitir:
“Burada güzəştə sosial iqtisadi məsələlərə əsasən nail olunduğu, habelə əmək bazarının rəsmiləşməsi sayəsində əldə olunmuş nailiyyətlər daha da artdığı üçün vergi inzibatçılığının kifayət qədər gücləndirilməsi nəzərə alınıb.
Eyni zamanda, leqallaşma prosesinin davam etməsində münbit şəraitin qorunması üçün, o cümlədən, daha aşağı gəlirlilərə aşağı vergi yükü təyin etməklə qeyri-neft qaz, özəl sektorda əməkhaqlarının tədricən mərhələli şəkildə vergiyə cəlb olunması ilə bağlı layihədə təkliflər təqdim olunub. Bu, asan müzakirə olunmayıb. Burada müxtəlif baxışlar olub və təqdim olunan sənəd vahid mövqeyi əks etdirir”.
Günay Şahmar, Bizim.Media

- A-
 - A
 - A+
 
İqtisadiyyat
							12:22 / 04.11.2025
							
						Özəl sektorda çalışanların NƏZƏRİNƏ – Maaşlardan vergi tutulması ilə bağlı nazirdən AÇIQLAMA
						
							
								Hazırda oxunan: Özəl sektorda çalışanların NƏZƏRİNƏ – Maaşlardan vergi tutulması ilə bağlı nazirdən AÇIQLAMA							
						
					
					
					
								Hazırda oxunan: Özəl sektorda çalışanların NƏZƏRİNƏ – Maaşlardan vergi tutulması ilə bağlı nazirdən AÇIQLAMA							
						578805
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					



























































































