Köhnələr üçün çıxarış tələb olunur, yeni tikililəri “katlavan”dan almaq mümkündür – İpoteka MÜƏMMASI!

Köhnələr üçün çıxarış tələb olunur, yeni tikililəri “katlavan”dan almaq mümkündür – İpoteka MÜƏMMASI!

Hazırda oxunan: Köhnələr üçün çıxarış tələb olunur, yeni tikililəri “katlavan”dan almaq mümkündür – İpoteka MÜƏMMASI!

578670

Azərbaycanda mənzil sahibi olmaq istəyən vətəndaşlar üçün ipoteka kreditləri ən çox müraciət edilən vasitələrindən biridir. Bu üsuldan xeyli insan yararlanıb ev sahibi olub, yaxud ən azından öz ömrü yetməsə də övladı o evin sahibi olacaq. Amma son vaxtlar insanların ağlında “ipoteka yalnız yeni tikililərə verilir” kimi suallar yaranır. Köhnə mənzillərin texniki cəhətdən istismar müddəti bitdiyindən insanlarda tərəddüd yaranır.
 

MÖVZU İLƏ BAĞLI:

İpoteka ilə mənzil almaq istəyənlərin DİQQƏTİNƏ – Qanun dəyişdi


Əslində vəziyyət necədir? Köhnə tikililərə kredit verilirmi?

İqtisadçı ekspert Xalid Kərimli Bizim.Media-ya bildirdi ki, ipoteka kreditləri həm yeni, həm də köhnə binalardan mənzil almaq üçün verilə bilər, lakin bu, kreditin növündən və şərtlərindən asılıdır.

“Qaydalara görə, ipoteka 1970-ci ildən bu yana tikilmiş köhnə tikililərə verilir. Ondan öncəki binalar əslində istismar müddətini başa vurub”, – deyə o diqqətə çatdırdı.

Bəs dövlət və kommersiya ipotekası nədir?

Mütəxəssis qeyd etdi ki, ölkədə ipoteka iki əsas formada təqdim olunur: dövlət ipotekası və kommersiya ipotekası. Dövlət ipotekası güzəştli şərtlərlə, daha aşağı faizlərlə və uzunmüddətli ödəniş imkanları ilə fərqlənir. Kommersiya ipotekası isə bankların öz vəsaiti hesabına, bazar şərtlərinə uyğun faiz dərəcələri ilə təklif olunur.

“Dövlət ipotekasının verilməsi üçün mülkiyyət sənədinin olması vacibdir. Kommersiya kreditlərində isə mənzil çıxarışlı olmaya da bilər. Bu zaman Mənzil Tikinti Kooperativi ilə danışıq şərtlərindən asılı olur. Kommersiya kreditlərini köhnə evlərə verəndə çıxarış tələb olunur. Amma MTK-ların tikdiyi evləri isə “katlavan”dan da verə bilər”.

Şəfiqə Şəfa, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO