Azərbaycan buğda idxalını 16 % artırıb

Azərbaycan buğda idxalını 16 % artırıb

Hazırda oxunan: Azərbaycan buğda idxalını 16 % artırıb

577125

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 878 min 669 ton buğda idxal edib.

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 188 milyon 580 min ABŞ dolları təşkil edib.
 

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 119 min 713 ton (16 %), dəyər baxımından isə 22 milyon 127 min ABŞ dolları (13,2 % ) çoxdur.


Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,1 %-ni təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO