Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,92 % artaraq 62,4 ABŞ dolları təşkil edib.
Bizim.Media xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 61,09 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,53 ABŞ dolları və ya 0,88 % artaraq 60,44 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Bizim.Media