Ətdən sonra süd məhsullarının satışı da MƏHDUDLAŞIR? – AQTA-dan AÇIQLAMA

Ətdən sonra süd məhsullarının satışı da MƏHDUDLAŞIR? – AQTA-dan AÇIQLAMA

Hazırda oxunan: Ətdən sonra süd məhsullarının satışı da MƏHDUDLAŞIR? – AQTA-dan AÇIQLAMA

576243

Dabaq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə mal bazarlarının fəaliyyətinin məhdudlaşdırılması barədə xəbərdarlıqlar bəzi vətəndaşlarda süd və süd məhsullarının tədarükü ilə bağlı narahatlıq yaradıb.

Mövzu ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, bu məhdudiyyət yalnız heyvanlara şamil olunur. Süd məhsullarının istehsalı və satışına aid deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Ət bahalaşacaq - Bu TARİXDƏN


Agentlikdən bildirilib ki, qərarın süd tədarükü ilə heç bir əlaqəsi yoxdur:

“Dabaq xəstəliyi ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər heyvan bazarlarının fəaliyyətinə aiddir. Süd və süd məhsullarının tədarükü və satışı adi qaydada davam edir”.

Beləliklə, süd məhsullarının bazarda çatışmazlığı gözlənilmir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO