Ət bahalaşacaq - Bu TARİXDƏN

Ət bahalaşacaq - Bu TARİXDƏN

Hazırda oxunan: Ət bahalaşacaq - Bu TARİXDƏN

576227

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən sağlamlaşdırma tədbirləri çərçivəsində oktyabrın 25-dən mərhələli şəkildə heyvan bazarlarında müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq.

Eyni zamanda mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəyə idxalı oktyabrın 25-dən etibarən məhdudlaşdırılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ətin bahalaşmasına səbəb olan AMİLLƏR


Bəs bu qadağalar ətin qiymətinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, karantin rejiminin tətbiqi və Gürcüstandan heyvan idxalına qoyulan qadağa ət qiymətlərinin artmasına səbəb ola bilər:

“Azərbaycanda müxtəlif xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə, xarici ölkələrdən heyvan və heyvan məhsullarının idxalını məhdudlaşdırılıb. Məsələn, 2025-ci ilin yanvarında, Avropanın müxtəlif bölgələrindəki xəstəliklər səbəbilə, Azərbaycanda mal-qara, xırda buynuzlu heyvanlar və toyuq məhsullarının idxalı müvəqqəti olaraq dayandırılıb. Bu cür məhdudiyyətlər, daxili təchizatın azalmasına və nəticədə qiymət artımına səbəb ola bilər.

Nəzərə alaq ki, 2024-cü ilin aprelində, Gürcüstandan xırda buynuzlu heyvanların idxalını müvəqqəti olaraq dayandırmışdı. Bu qərar, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq kodlarına uyğun olaraq qəbul edilmişdi. Bu faktın özü ötən il daxili bazarda qiymət artımına səbəb olmuşdu. Bu dəfəki qadağalar da ətin qiymətinin yüksəlməsinə səbəb ola bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO