Səfər Mehdiyev: “Azərbaycan 188 ölkə ilə ticarət əməliyyatları həyata keçirir” - FOTO

Səfər Mehdiyev: “Azərbaycan 188 ölkə ilə ticarət əməliyyatları həyata keçirir” - FOTO

Hazırda oxunan: Səfər Mehdiyev: “Azərbaycan 188 ölkə ilə ticarət əməliyyatları həyata keçirir” - FOTO

57615

“Avrasiya regionunda gömrük sahəsində islahatlarla bağlı Azərbaycan gömrüyünün təcrübəsini hər zaman nümunə göstərirəm.” Bu fikirləri Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Baş katibi Kunio Mikuriya yanvarın 28-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevlə görüşündə səsləndirib. 

Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, DGK sədri Səfər Mehdiyev ÜGT ilə Azərbaycan gömrüyü arasında səmərəli və işgüzar münasibətlərdən məmnunluqla bəhs edib. 

Komitə sədri Prezident İlham Əliyev tərəfindən gömrük sistemində də aparılan islahatlar nəticəsində şəffaflığın təmin olunması, fiziki təmasın minimuma endirilməsi, kölgə iqtisadiyyatının aradan qaldırılması, ölkəmizin ixrac və tranzit imkanlarının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunduğunu bildirib.  

Vurğulanıb ki, həyata keçirilən islahatlar, tətbiq edilən yeniliklər hesabına, ümumilikdə ötən il xarici ticarət dövriyyəsinin 11 milyard dollara qədəri “Yaşıl dəhliz” buraxılış sisteminin iştirakçıları tərəfindən gömrük orqanına gəlmədən, gömrük əməkdaşı ilə təmas olmadan həyata keçirilib. 

Səfər Mehdiyev Azəbaycanın 188 ölkə ilə ticarət əməliyyatları həyata keçirdiyini və bu ölkələrin gömrük orqanlarına güzgülü statistika əsasında məlumat mübadiləsi aparmaq məqsədilə müraciət olunduğunu diqqətə çatdırıb. 

ÜGT-nin Baş katibi Kunio Mikuriya bir daha Azərbaycanda olmaqdan məmnunluq duyduğunu, səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Baş katib Prezident İlham Əliyevlə görüşündən, ÜGT ilə Azərbaycan arasındakı əlaqələrin dinamik inkişafından məmnunluqla bəhs edib. 

Kunio Mikuriya Azərbaycanın bölgədə ticarət və nəqliyyat qovşağına çevrilməsi istiqamətində gömrük sistemindəki islahatların əhəmiyyətindən danışıb.
Baş katib gömrük sahəsində əməliyyatların kağızsız texnologiyalarla, təmassız, rəqəmsal formatda həyata keçirilməsinin vacibliyini vurğulayıb və Azərbaycan gömrüyünün bu istiqamətdə əldə etdiyi təcrübənin nümunə təşkil etdiyini bildirib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO