Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 20 ölkəyə 16 milyon 996 min 208,46 ton həcmində neft ixrac olunub.
Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-5 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Almaniya və Rumıniya daxil olub.
Bu ilin 9 ayında Azərbaycan İtaliyaya 4 milyard 992 milyon 915,19 min ABŞ dolları dəyərində 9 milyon 589 min 365,7 ton, Çexiyaya 701 milyon 374 min ABŞ dolları dəyərində 1 milyon 307 min 899,13 ton, Xorvatiyaya 537 milyon 768,29 min ABŞ dolları dəyərində 998 min 469,46 ton xam neft ixrac edib. Almaniyaya 445 milyon 304,6 min ABŞ dolları dəyərində 841 min 915,48 ton və Rumıniyaya 429 milyon 334,05 min ABŞ dolları məbləğində 778 min 615,54 ton neft tədarük edilib.
Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-sentyabr ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.
Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
17:36 / 17.10.2025
Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI
Hazırda oxunan: Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI
Hazırda oxunan: Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI
575824
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.