Bu ölkədən heyvan idxalına məhdudiyyət qoyulacaq – AQTA

Bu ölkədən heyvan idxalına məhdudiyyət qoyulacaq – AQTA

Hazırda oxunan: Bu ölkədən heyvan idxalına məhdudiyyət qoyulacaq – AQTA

575816

Mümkün infeksiya yayılmasının qarşısını almaq üçün Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, habelə Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim məqsədilə idxal edilən heyvanlar istisna olmaqla) heyvanların ölkəyə idxalı oktyabrın 25-dən etibarən məhdudlaşdırılır.

Bizim.Media xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
 

Bildirilib ki, bununla yanaşı, ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək, onlara klinik baxış keçirilərək laborator diaqnostik nümunələrin götürülməsi prosesi davam etdiriləcək.


Qeyd edək ki, Azərbaycanın həmsərhəd bölgələri, heyvanların mövsümi miqrasiya marşrutları, eləcə də heyvan bazarları yüksək risk əraziləri kimi müəyyən edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO