Bəzi ölkələrdə elə səsvermə mexanizmləri mövcuddur ki, vətəndaşlar bələdiyyə büdcəsinin necə xərclənəcəyinə birbaşa şəkildə təsir göstərir, təkliflər irəli sürərək qərarların qəbulunda iştirak edirlər.
Bu təcrübəyə Polşa, Fransa və Portuqaliya kimi ölkələrdə rast gəlmək mümkündür. Azərbaycanda isə əksər vətəndaşlar nəinki bələdiyyələrin fəaliyyətindən, hətta toplanan vəsaitlərin hara və necə xərcləndiyindən belə xəbərsizdirlər.
Bəs dünyada istifadə olunan praktika Azərbaycanda da həyata keçirilə bilər?
Bizim.Media mövzuyla əlaqədar millət vəkili Vüqar Bayramovun fikirlərini öyrənib.
Deputat açıqlamasında bildirib ki, o da Azərbaycanda bu üsulun həyata keçirilməsinin tərəfdarıdır.
“Bələdiyyələrin şəffaf olması, öz fəaliyyətləriylə bağlı vətəndaşlara mütəmadi məlumat verməsi vacibdir. Bir sıra ölkələrdə bələdiyyələr maliyyə hesabatlarını təqdim edirlər. Azərbaycanda da bələdiyyələrin şəffaflığı gücləndirmək məqsədilə Ədliyyə Nazirliyi tərəfindən intensiv işlər görülür. Vətəndaşlarımızın da aktiv olması, bələdiyyələrdən məlumat alması önəmlidir”.
“Bələdiyyələr vətəndaşlara hesabat verməlidir”.
“Bələdiyyələr yerli idarəetmə orqanıdır. Buna görə də vətəndaşlara hesabat verməlidir. Vətəndaşların bələdiyyələrin fəaliyyətiylə bağlı məlumat almasına ehtiyac var. İnkişaf etmiş ölkələrdə, o cümlədən Şərqi Avropa ölkələrində olduğu kimi vətəndaşlar bələdiyyə qərarlarıyla bağlı təkliflər etməlidir. Buna görə də vətəndaşlar və bələdiyyələr arasında əlaqələr genişləndirilməlidir”, - deyə Vüqar Bayramov qeyd edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
İqtisadiyyat
14:50 / 18.10.2025
Bələdiyyələr vətəndaşlara hesabat verəcək? – YENİ TƏKLİF
Hazırda oxunan: Bələdiyyələr vətəndaşlara hesabat verəcək? – YENİ TƏKLİF
Hazırda oxunan: Bələdiyyələr vətəndaşlara hesabat verəcək? – YENİ TƏKLİF
575791
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.